• $
  • £

Aksiz daxilolmaları 1,584 milyard manat nəzərdə tutulub

Aksiz daxilolmaları 1,584 milyard manat nəzərdə tutulub
24.10.2025 15:00

2026-ci il üçün aksiz vergisi üzrə daxilolmalar 1,584 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, cari ilin proqnozu ilə müqayisədə 71,7 milyon manat və ya 4,3 faiz az, 2024-cü ilin faktiki göstəricilərindən isə 232,7 milyon manat və ya 17,2 faiz çoxdur. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Daxilolmaların 49,2 faizi və ya 779 milyon manatı neft-qaz sektorunun, 50,8 faizi və ya 805 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 125 milyon manat və ya 18,4 faiz artıb. Neft-qaz sektoru üzrə isə 196,7 milyon manat və ya 20,2 faiz azalma gözlənilir. 2024-cü ilin faktiki göstəriciləri ilə müqayisədə isə neft-qaz sektoru üzrə 105 milyon manat və ya 15,6 faiz, qeyri-neft-qaz sektoru üzrə 127,7 milyon manat və ya 18,9 faiz artım nəzərdə tutulur.

Aksiz vergisi Azərbaycanda həm neft-qaz, həm də qeyri-neft sektorunun tənzimlənməsində əsas gəlir mənbələrindən biridir. Qeyri-neft-qaz sektoru üzrə artım xüsusilə sənaye, kənd təsərrüfatı və istehlak məhsullarının istehsalında gözlənilir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol