• $
  • £

ABB Invest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!

ABB Invest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
24.10.2025 19:23

Azərbaycanın maliyyə–investisiya sektorunun aparıcı şirkətlərindən "ABB-İnvest İnvestisiya Şirkəti" QSC (ABB Invest) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlığın əsas məqsədi kapital bazarlarında bilik və təcrübə mübadiləsini gücləndirmək, maliyyə savadlılığının artırılmasına yönəlmiş birgə layihələr həyata keçirmək, eləcə də UNEC tələbələri üçün praktiki bacarıqlarını inkişaf etdirmək imkanları yaratmaqdır.

Bu əməkdaşlıq həm UNEC, həm də kapital bazarı sektorunun inkişafı üçün önəmli bir addımdır. Layihə ölkədə qiymətli kağızlar bazarının dayanıqlı inkişafına, ixtisaslı kadrların formalaşmasına və təhsil–biznes əməkdaşlığının möhkəmlənməsinə töhfə verəcək.

Bu əməkdaşlıq vasitəsilə tələbələr maliyyə dünyasının dinamikalarını daha yaxından tanıyacaq, nəzəri biliklərini praktik bacarıqlara çevirəcək və gələcəyin peşəkar mütəxəssisləri kimi formalaşacaqlar. Bu, həm də ölkəmizin kapital bazarı üçün yüksək maliyyə savadlılığına malik kadr potensialının yaradılması deməkdir.

Əməkdaşlığın əsas istiqamətləri:

Peşəkar təcrübə proqramları: UNEC tələbələri ABB Invest-də real iş proseslərinə qoşularaq praktiki biliklərini möhkəmləndirəcək, şirkət əməkdaşları isə universitetdə akademik seminarlar təqdim edəcəklər.

Qiymətli kağızlar üzrə maarifləndirici təlimlər: UNEC və ABB Invest tərəfindən tələbələr və geniş ictimaiyyət üçün maliyyə savadlılığını yüksəldən birgə təlimlər keçiriləcək.

Elmi və ədəbiyyat dəstəyi: UNEC, ABB Invest-i maliyyə və iqtisadiyyat sahələrinə dair ən son kitab və elmi məqalələrlə təmin edərək bilik mübadiləsini stimullaşdıracaq.

Karyera imkanları: Təcrübə proqramını uğurla başa vuran ən istedadlı tələbələr üçün ABB Invest-də daimi iş imkanı qazanmaq perspektivi yaranır.

Geniş əməkdaşlıq potensialı: Tərəflər gələcəkdə qarşılıqlı maraq doğuran digər innovativ və investisiya layihələrində də birgə fəaliyyət göstərəcəklər.

Bu təşəbbüs, təhsil və maliyyə sektorlarının birgə fəaliyyəti nəticəsində ölkədə insan kapitalının inkişafına və maliyyə savadlılığının artırılmasına xidmət edən mühüm addımdır.






 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol