• $
  • £

Azərbaycanda pensiya kapitalı 2026-cı ildə təxminən 6 faiz artırılacaq – deputat

Azərbaycanda pensiya kapitalı 2026-cı ildə təxminən 6 faiz artırılacaq – deputat
27.10.2025 09:13

Azərbaycanda vətəndaşların pensiya kapitalı 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Bu barədə deputat Vüqar Bayramov öz sosial hesabında bildirib.

Bayramovun sözlərinə görə, “Əmək Pensiyaları haqqında” Qanunun 29.1-1 maddəsinə əsasən, sığortaolunanların fərdi hesablarında toplanan pensiya kapitalı hər il istehlak qiymətləri indeksinə uyğun şəkildə indeksləşdirilir. “Bu o deməkdir ki, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə əsasən artırılacaq”, – deputat deyib.

Mərkəzi Bankın 2025-ci il üçün proqnozuna görə, ölkədə illik inflyasiya 6,0 faiz olacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk doqquz ayında istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edib.

Bayramov bildirib ki, əgər proqnoz göstəricisi dəyişməz qalsa, vətəndaşların pensiya kapitalı təxminən 6 faiz artacaq. “Məsələn, 50 min manat pensiya kapitalına malik şəxs üçün bu artım təxminən 3 min manat olacaq. Dəqiq göstərici 2026-cı ilin yanvarında elan ediləcək,” – o əlavə edib.

Deputat qeyd edib ki, bu artım pensiya kapitalının inflyasiyadan qorunması və gələcəkdə vətəndaşların daha yüksək pensiya alması baxımından əhəmiyyətlidir.

Azərbaycan qanunvericiliyinə əsasən, pensiya kapitalı hər il inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir. Ölkədə son beş ildə orta illik inflyasiya 5–8 faiz aralığında dəyişib. 

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol