• $
  • £

“Lukoil” sanksiyalardan sonra xarici aktivlərini satmağı planlaşdırır

“Lukoil” sanksiyalardan sonra xarici aktivlərini satmağı planlaşdırır
28.10.2025 09:30

Rusiyanın “Lukoil” şirkəti bir sıra ölkələrin şirkətə və onun törəmə müəssisələrinə qarşı sanksiyalar tətbiq etməsindən sonra xaricdəki aktivlərini satmağı planlaşdırdığını açıqlayıb.

Bloomberg yazır ki, Vaşinqton Almaniyaya “Rosneft”in Almaniyadakı aktivləri ilə bağlı mülkiyyət məsələsini həll etmək üçün altı ay vaxt verib.

Almaniya hökuməti 2022-ci ilin sentyabrında Rosneft Deutschland və RN Refining & Marketing GmbH şirkətlərini nəzarətə götürərək, Şvedtdəki PCK, Karlsrue’dəki Miro və Vohburqdakı Bayernoil neft emalı zavodlarında pay əldə edib.

Politico nəşri isə Avropa İttifaqının “Lukoil” ilə maliyyə əlaqələrinin kəsilməsi və əməliyyatların qadağan olunması istiqamətində tədbirlər hazırladığını yazıb.

“Lukoil” hələ də Bolqarıstan və Rumıniyada zavodlara, Avropa boyunca isə yanacaqdoldurma məntəqələrinə malikdir.

ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-dən 23-nə keçən gecə “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib, Rusiyanı “sülh prosesinə ciddi maraq göstərməməkdə” ittiham edib.

Sanksiyalar həmçinin Rusiyada yerləşən 34 törəmə şirkəti əhatə edir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol