• $
  • £

Azərbaycanda ödəniş kartlarının sayı 21,4 milyonu keçib

Azərbaycanda ödəniş kartlarının sayı 21,4 milyonu keçib
28.10.2025 09:52

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2025-ci ilin sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 239 min ədəd artaraq 21 milyon 368 minə çatıb. Bu, əvvəlki aya nisbətən artım, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13%-lik yüksəliş deməkdir. Bu barədə Mərkəzi Bankın aylıq bülletenində qeyd olunub. 

Debet kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 7% azalıb.

Kart sayındakı artım nağdsız ödənişlərin həcminin yüksəlməsinə təsir göstərib — ölkədaxili nağdsız əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 24% artıb.

Sentyabrda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 8,9 milyard manat təşkil edib.

Bunun 7,8 milyard manatı elektron ticarətin, 1,1 milyard manatı POS-terminalların, təxminən 4 milyard manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.

İlin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların ümumi kart əməliyyatları içində payı 67,4% olub.

Banklar və “Azərpoçt”un ödəniş infrastrukturu üzrə də artım dinamikası müşahidə olunur. Keçən ilin sentyabr ayı ilə müqayisədə bankomatların sayı 8,8%, POS-terminalların sayı isə 56,5% artıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Cəmiyyət 23:28
Sabah Lənkəranın bəzi kəndlərində işıq olmayacaq
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol