• $
  • £

Azərbaycanın daxil olduğu regionda buzlaqların əriməsi layihəsinə 250 mln. dollar ayrılıb


Azərbaycanın daxil olduğu regionda buzlaqların əriməsi layihəsinə 250 mln. dollar ayrılıb
29.10.2025 11:31

Yaşıl İqlim Fondu (YİF) Asiya İnkişaf Bankının (AİB) “Buzlaqlardan Təsərrüfatlara” proqramı üçün 250 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Bu barədə AİB-dən bildirilib.

Bildirilib ki, proqramın məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Pakistanın buzlaqlardan asılı bölgələrində yaşayan icmalar üçün dayanıqlı su və kənd təsərrüfatı sistemləri yaratmaqdır. YİF-in ayırdığı vəsait qrant şəklində təqdim olunacaq və AİB-in növbəti on il üçün 3,25 milyard dollarlıq investisiyası ilə birgə maliyyələşdiriləcək.

Layihə səmərəli suvarma, su anbarlarının yaradılması və su hövzələrinin idarə olunması kimi tədbirləri əhatə edəcək. Bu, buzlaqların əriməsi nəticəsində yaranan quraqlıq və daşqın risklərini azaltmağa və kənd təsərrüfatında məhsuldarlığı artırmağa xidmət edəcək.

AİB nümayəndəsi Yasmin Siddiqi bildirib ki, bu təşəbbüs “pərakəndə layihələrdən” fərqli olaraq uzunmüddətli dayanıqlılıq və sistemli həllər yaratmağa yönəlib.

Proqram Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir. Buzlaqların əriməsi bu ölkələrdə su, enerji və kənd təsərrüfatı xidmətlərini təhlükə altına alır.

Təşəbbüs dörd çay hövzəsində – Kür, Narın, Pyanc və Svat – həyata keçiriləcək, 27 milyon hektar ərazini əhatə edəcək və 13 milyon insanın həyatına birbaşa təsir göstərəcək.

YİF-in regional direktoru Tomas Erikssonun sözlərinə görə, proqram regionda su və qida təhlükəsizliyinə dair transformativ model formalaşdıracaq və milli planlaşdırmada iqlim qiymətləndirmələrinin rolunu gücləndirəcək.

Qərar YİF-in 29 oktyabrda keçirilən 43-cü iclasında təsdiqlənib. 2024-cü ildə fond tərəfindən həyata keçirilən buzlaq risklərinin qiymətləndirilməsi layihəsi bu proqramın elmi əsasını təşkil edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol