• $
  • £

Təhsil İnstitu riyaziyyat olimpiadasında medal qazanılmaması ilə bağlı məsələyə münasibət bildirib

Təhsil İnstitu riyaziyyat olimpiadasında medal qazanılmaması ilə bağlı məsələyə münasibət bildirib
29.10.2025 15:31

Beynəlxalq riyaziyyat olimpiadaları ən çətin beynəlxalq yarışlar sırasındadır və ölkə üzrə hər il təxminən 600 şagird bu yarışlarda iştirak edir, onlardan yalnız 50-si medal qazanır. Bu barədə Təhsil İnstitunun direktor müavini  Fuad Qarayev "Təhsil saatı"nda çıxışı zamanı bildirib.

Qarayevin sözlərinə görə, bəzən iştirakçılar cəmi bir bal fərqi ilə mükafatlardan kənarda qalır.

O vurğulayıb ki, olimpiadalar xüsusi hazırlıq tələb edən sahədir və bu yarışlarda nəticənin olmaması ümumi təhsil sisteminin zəifliyini göstərmir.

“Müəllimlərimiz, şagirdlərimiz, valideynlərimiz – hamımız istəyirik ki, yarışlarda edə biləcəyimizin ən yaxşısını göstərək. Amma olimpiada nəticələri təhsilin keyfiyyətinin yeganə göstəricisi deyil,” – Qarayev deyib.

Rəsminin sözlərinə görə, dünyanın ən çox bəyənilən təhsil modeli sayılan Finlandiya 1980-ci ildən olimpiadalarda iştirak etsə də, Azərbaycan medal sayında bu ölkəni geridə qoyub.

“Bu o demək deyil ki, Finlandiya təhsil sistemi zəifdir,” – o əlavə edib.

Qarayev son iki ildə riyaziyyat olimpiadasında nəticələrin əvvəlki illərlə müqayisədə zəif olduğunu etiraf edib, lakin bundan əvvəlki illərdə əldə olunan uğurların kifayət qədər qiymətləndirilmədiyini vurğulayıb.

“Neqativ nəticələr dərhal müzakirə olunur, amma uğurlar zamanı eyni diqqət göstərilmir. Tənqid edənlər bəzən həll yollarını da göstərsələr, bu daha faydalı olar,” – o qeyd edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol