• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb

Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşüb
29.10.2025 22:39

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini Sot Vonq ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova Azərbaycan üçün əhəmiyyət kəsb edən bu konfransda dost ölkələrin parlament nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdiyini bildirib.

Kamboca Milli Assambleyası sədrinin müavini Beynəlxalq Parlament Konfransının uğurlu təşkilini qeyd edərək, həm Xuon Sudarinin, həm də Senatın sədri Hun Senin təbriklərini çatdırıb.

Söhbət zamanı, parlamentlər arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri, Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının iclasında iştirak etmək üçün Kambocaya səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri, həmçinin Malayziyaya işgüzar səfəri çərçivəsində Kamboca Milli Assambleyasının sədri Xuon Sudari ilə görüşünü məmnunluqla xatırladaraq, bu təmasların parlamentlər arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyini bildirib.

Qeyd olunub ki, parlamentlər arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumu əlaqələrin daha da inkişafı üçün mühüm əsas yaradır və bu istiqamətdə yeni imkanlar mövcuddur. Tərəflər parlamentlərdəki dostluq qruplarının və müxtəlif komitələrin əməkdaşlığının vacibliyini qeyd ediblər. Həmçinin, beynəlxalq parlament təşkilatlarında, o cümlədən, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və Cənub-Şərqi Asiya Dövlətləri Parlamentlərarası Assosiasiyası çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol