• $
  • £

ABŞ Serbiyadan NIS-dəki “Qazprom” payını alacağını gözləyir — Bloomberg

ABŞ Serbiyadan NIS-dəki “Qazprom” payını alacağını gözləyir — Bloomberg
30.10.2025 09:49

ABŞ Serbiyanın “Qazprom”u Naftna Industrija Srbije (NIS) şirkətindəki payını satmağa razı salacağını və ya həmin payın milliləşdirilməsini gözləyir. Bu barədə Bloomberg-in ABŞ rəsmilərinə istinadən verdiyi məlumatda bildirilib.  

“Mən nə kommunistəm, nə də faşist”, - məsələyə Serbiya prezidenti Aleksandar Vuçiçin reaksiyası isə belə olub.

NIS Balkanların ən böyük enerji şirkətidir . Bu şirlət  neft və qazın kəşfiyyatı, hasilatı və emalı ilə məşğuldur. Şirkətdə “Qazprom Neft”in payı 44,85%, “Qazprom”un payı 11,3%, Serbiyanın payı isə 29,87%-dir.

Şirkətdə rus payının olması NIS-ə qarşı ABŞ sanksiyalarına səbəb olub. Bu sanksiyalar hələ yanvarda Co Bayden administrasiyası dövründə tətbiq olunub. Lakin Vaşinqton onların qüvvəyə minməsini altı dəfə təxirə salıb.

Oktyabrın 9-da NIS məhdudiyyətlərin artıq qüvvədə olduğunu açıqlayıb.

Vuçiç bildirib ki, NIS-ə qarşı sanksiyalar Serbiya üçün “ağır nəticələr” doğura bilər.

Onun sözlərinə görə, Vaşinqton milliləşdirmə halında sanksiyaları təxirə sala biləcəyini təklif edib, lakin o, bu variantı istisna edib.

Prezident daha əvvəl rus paylarının təxminən 600 milyon avroya geri alınması imkanını nəzərdən keçirdiyini söyləmişdi.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol