• $
  • £

Tramp prezidentliyinin ikinci müddətin zamanı Si ilə ilk dəfə görüşüb

Tramp prezidentliyinin ikinci müddətin zamanı Si ilə ilk dəfə görüşüb
30.10.2025 09:54

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Tszinpin Cənubi Koreyanın Busan şəhərində ikitərəfli görüş keçiriblər. Bu, Trampın ikinci prezidentlik dövründə liderlərin ilk fiziki görüşüdür. Danışıqlar 1 saat 40 dəqiqə davam edib.

Tramp görüşdən əvvəl jurnalistlərə bildirib ki, “çox uğurlu görüş” gözləyir. Si isə vurğulayıb ki, “ABŞ və Çin dost və tərəfdaş olmalıdır — bunu tarix də öyrədib, reallıq da tələb edir.”

Tramptan razılaşma əldə olunacaqmı sualına cavabı “Bəlkə də,” olub.

BBC-nin məlumatına görə, əsas müzakirə mövzuları gömrük tarifləri, süni intellekt çipləri və nadir torpaq elementləri, eləcə də TikTok platforması olub.

Tramp administrasiyası bəzi tarifləri azaltmaq əvəzində Çindən fentanil maddəsinin ixracı ilə mübarizədə əməkdaşlıq istəyib.

ABŞ Çin şirkətlərinə yüksək performanslı AI çiplərinin satışına etiraz edir — bu texnologiyaların hərbi məqsədlərlə istifadə olunacağından narahatdır. Çin isə nadir torpaq elementlərinin dünya üzrə əsas təchizatçısıdır.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, TikTok-un ABŞ bölməsinin satışı ilə bağlı razılaşma məhz bu sammitdə imzalana bilər, lakin dəqiq şərtlər hələ açıqlanmayıb.

ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, ticarət nümayəndəsi Ceymison Qrir, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik, administrasiya rəhbəri Syuzi Vayls və Çindəki ABŞ səfiri Devid Perdü daxil olublar.

Çin tərəfdən xarici işlər naziri Van Yi, Dövlət Şurasının sədr müavini Xe Lifen, ticarət naziri Van Vəntao və İslahat və İnkişaf Komissiyasının sədri Çjen Şançze danışıqlarda iştirak ediblər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
İshaq Dar sabah Çinə səfər edəcək
Dünya 14:04
İshaq Dar sabah Çinə səfər edəcək
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Dünya 23:28
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
Pakistanın Baş naziri Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Dünya 22:59
Pakistanın Baş naziri Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
İran İordaniyada aviabazaya zərbə endirib
Dünya 21:43
İran İordaniyada aviabazaya zərbə endirib
Paşinyana kilsədə hücum olunub
Dünya 19:16
Paşinyana kilsədə hücum olunub
İngiltərədə naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb, 7 nəfər yaralanıb
Dünya 18:00
İngiltərədə naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb, 7 nəfər yaralanıb
İslamabadda İran böhranı ilə bağlı danışıqlar başlayır
Dünya 12:10
İslamabadda İran böhranı ilə bağlı danışıqlar başlayır
Avstriyada uşaqlar üçün sosial şəbəkəyə giriş məhdudlaşdırılır
Dünya 09:30
Avstriyada uşaqlar üçün sosial şəbəkəyə giriş məhdudlaşdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol