• $ 1.7
  • € 1.9672
  • ₽ 0.021247
  • ₺ 0.0404
  • £ 2.2367

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
30.10.2025 11:03

Bu gün saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.

"Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 15.10.2025-ci il tarixinə olan məlumatlara istinad edir. Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində şagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrin növündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.) asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar", - Nazirlikdən bildirilib.

Qeyd edilib ki, müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.

Bildirilib ki, namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər: "Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi
Cəmiyyət 22:40
Daha bir icra hakimiyyətində əməliyyat - Müavin həbs edildi
Abşeronda 19 yaşlı gənc 12-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 22:00
Abşeronda 19 yaşlı gənc 12-ci mərtəbədən yıxılaraq ölüb
Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
Cəmiyyət 20:13
Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb
Cəmiyyət 19:46
Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb
İsmayıllıda zəlzələ olub
Cəmiyyət 18:56
İsmayıllıda zəlzələ olub
Tovuzda evdən gənc oğlanın meyiti tapılıb
Cəmiyyət 17:31
Tovuzda evdən gənc oğlanın meyiti tapılıb
Tramp Orbana rəğmən “Rosneft” və “Lukoil” sanksiyalarında Macarıstana istisna tanımadı
Cəmiyyət 15:29
Tramp Orbana rəğmən “Rosneft” və “Lukoil” sanksiyalarında Macarıstana istisna tanımadı
Metroda bu üsulla da ödəniş etmək olar
Cəmiyyət 15:11
Metroda bu üsulla da ödəniş etmək olar
Azərbaycanda həyat sığortası haqları 9 ayda 17% artıb
Cəmiyyət 15:07
Azərbaycanda həyat sığortası haqları 9 ayda 17% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol