Jurnalist Vüqar Məmmədov saxlanılıb
 
            Hüquq-mühafizə orqanları tərəfindən “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb. Bu barədə anews.az-a etibarlı mənbələr məlumat verib.
Bildirilir ki, jurnalistin ofisində axtarış aparılıb, kompüter texnikası və bir sıra sənədlər götürülüb.
Hadisə ilə bağlı əlavə məlumatlar açıqlanmayıb.
Aytac
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    