Ermənistan Kiprə hərbi attaşe təyin edəcək
Ermənistan Kiprə hərbi attaşe təyin etməyi planlaşdırır. Bununla bağlı qərar hökumətin iclasında qəbul edilib.
Bu vəzifə Ermənistanın Yunanıstandakı hərbi attaşesi vəzifəsi ilə birləşdiriləcək və onun səlahiyyətləri Müdafiə və Xarici İşlər nazirlikləri tərəfindən birgə tənzimlənəcək.
Attaşe hərbi-siyasi və hərbi-texniki əlaqələrin möhkəmləndirilməsinə, birgə tədbirlərin təşkilinə, həmçinin Ermənistan silahlı qüvvələrinin beynəlxalq sülhməramlı təşəbbüslərdə təmsil olunmasına kömək edəcək.