• $
  • £

Sofiyada Azərbaycan–Bolqarıstan Hökumətlərarası Komissiyasının 7-ci iclası keçiriləcək

Sofiyada Azərbaycan–Bolqarıstan Hökumətlərarası Komissiyasının 7-ci iclası keçiriləcək
31.10.2025 08:21

Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası bu gün bu ölkənin paytaxtı Sofiyada keçiriləcək. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Bu barədə  Bolqarıstan mediası xəbər verib.

Komissiyaya Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Bolqarıstanın energetika naziri Jeço Stankov həmsədrlik edir.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələrdə işgüzar əlaqələrin genişləndirilməsi üçün tədbirlər müəyyən ediləcək.

Tədbir kənd təsərrüfatı, əczaçılıq, emal, qida və tekstil sənayesi sahələrinin nümayəndələrinə potensial tərəfdaşlarla görüşmək və birbaşa əməkdaşlıq əlaqələri qurmaq imkanı yaradacaq.

Bolqarıstan Azərbaycandan əlavə qaz tədarükündə maraqlı olduğunu və Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dəstək verdiyini açıqlayıb. Komissiya çərçivəsində iki ölkə arasında B2B formatında biznes forum da keçiriləcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol