• $
  • £

Daxili marjinal qruplar Azərbaycan iqtisadiyyatındakı islahatlara kölgə salmağa cəhd edir - Deputat

Daxili marjinal qruplar Azərbaycan iqtisadiyyatındakı islahatlara kölgə salmağa cəhd edir - Deputat
31.10.2025 11:10

Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi islahatlara qarşı bəzi daxili marjinal siyasi qruplar sosial şəbəkələrdə əsassız iddialar səsləndirir və ictimai rəyi manipulyasiya etməyə çalışırlar. Bunu oktyabrın 31də keçirilən Milli Məclisin iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafını üç mərhələdə qiymətləndirmək mümkündür. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində, xüsusilə AXC–Müsavat hakimiyyəti dövründə ölkə iqtisadiyyatı dərin böhranla üzləşmiş, sənaye və kənd təsərrüfatı istehsalı 2,7 dəfə azalmışdı.

Bayramov əlavə edib ki, 1993–2003-cü illərdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi tənəzzülün qarşısı alınıb və inkişaf mərhələsinə keçid təmin edilib. “1996–2002-ci illərdə ÜDM 71 faiz, kənd təsərrüfatı 40,3 faiz, nəqliyyat və rabitə sektoru 4,2 dəfə, tikinti 5 dəfə, ticarət isə 1,9 dəfə artıb. Bu göstəricilər iqtisadiyyatın sağlamlaşmasının sübutudur,” – deputat vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol