• $
  • £

Azercell“CyberCell Hackathon”müsabiqəsininqaliblərinielanetdi

Azercell“CyberCell Hackathon”müsabiqəsininqaliblərinielanetdi
31.10.2025 14:04

 

27 oktyabr 2025-ci il tarixində “Azercell Telekom” MMC və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı iləkeçirilən “CyberCell Hackathon”un final mərhələsi baş tutub. Yarış gənc istedadlara kibertəhlükəsizlik sahəsində bilik vəbacarıqlarını nümayiş etdirmək, real problemlərə innovativtexnoloji həllər təqdim etmək imkanı yaradıb.

Final mərhələsində 17 komanda hazırladıqları layihələri BMU vəAzercell Telekomun ekspertlərindən ibarət münsiflər heyətinətəqdim edib. Layihələr innovativlik, bazar və gəlir potensialı, kodkeyfiyyəti, texniki dayanıqlılıq, kibertəhlükəsizlik tədbirləri vəistifadəçi təcrübəsi kimi meyarlar əsasında qiymətləndirilib.Yekunda üç komanda qalib elan olunub.

Bağlanış mərasimində çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova iştirakçıları təbrik edib və şirkətin “CyberCell Hackathon” kimi layihələr vasitəsilə ölkədə gənc mütəxəssislərin yetişdirilməsinə, rəqəmsal sahələrdə insan kapitalının inkişafına daima dəstək verdiyini bildirib. 

Şirkətin Təhlükəsizlik departamentinin direktoru Fuad Səfərovtəqdim olunan layihələrin innovativliyini yüksək qiymətləndirərək, onların kibertəhlükəsizlik sahəsində düşünülmüş və praktik yanaşmalara əsaslandığını qeyd edib.

BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov isə bu kimi təşəbbüslərin gənclərin innovativ düşüncə və komanda bacarıqlarının inkişafına töhfə verdiyini qeyd edərək universitetin bu istiqamətdə dəstəyinin davamlı olacağını bildirib.

Birinci yerə “Reportcell” layihəsi layiq görülüb. Bu sistem istifadəçilərə zəngləri real vaxtda qiymətləndirməyə vəetibarlılığını yoxlamağa imkan yaradaraq, saxta zənglərə və səs klonlama hallarına qarşı müdafiə təmin edir. 

İkinci yerin qalibi “Z-SIFR” kibertəhlükəsizlik platforması kiberinsidentləri operativ şəkildə aşkar edir, mürəkkəb məlumatları hüquqi və analitik məqsədlər üçün etibarlı hesabatlara çevirir. 

Üçüncü yeri isə “S.W.I.S.S.” platforması qazanıb. Süni intellekt əsaslı bu həll real vaxtda kiberhücumları aşkarlayır, istifadəçininməlumatlarını təhlil edərək ehtiyaclara uyğun proqnozlaşdırıcı müdafiə təmin edir. 

Qalib komandalar müvafiq olaraq 4000, 3000 və 2000 AZN dəyərində pul mükafatı ilə təltif olunublar. 

Azercell qalib komandaları təbrik edir və onlara uğurlar arzulayır!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol