• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub - FOTO

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub - FOTO
31.10.2025 14:23

Oktyabrın 31-də Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruq və mədəniyyət müəssisələrini ziyarət edənlərin statistikası təqdim edilib.

Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında məlumat verilib. Bildirilib ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində də Qoruq evinin inşası tamamlanmaq üzrədir. “Lahıc” DTMQ-da parkinq zonasının yaradılması üzrə işlər davam etdirilir. Eyni zamanda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.

Qeyd olunub ki, bu ilin oktyabrda  Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

Məlumat verilib ki, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Həmçinin kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.

Təqdimatda qoruq və müəssisələri cari ilin 9 ayı ərzində ziyarət edənlərin sayı da açıqlanıb. Məlumat verilib ki, DTA tabeliyində olan qoruqları və muzeyləri 2025-ci ilin 9 ayı üzrə ziyarət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 25,71 faiz artım olub. 2025-ci ilin üç rübü ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 159 171 nəfəri yerli, 547 323 nəfəri əcnəbi turist olmaqla 706 494 nəfər ziyarət edib. Göstərilən müddət çərçivəsində qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 77,47 faizini xarici vətəndaşlar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

Ümumilikdə 2025-ci ilin 9 ayı üzrə bilet satışından 4 821 346 manat gəlir əldə edilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Cəmiyyət 23:29
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 22:37
Sabah bu ərazilərdə qaz kəsiləcək
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Cəmiyyət 21:13
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Cəmiyyət 17:25
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Cəmiyyət 17:00
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Cəmiyyət 15:30
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Cəmiyyət 12:30
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol