• $
  • £

Azərbaycanla Britaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycanla Britaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
31.10.2025 23:19

London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Krallıq nümayəndə heyətinə isə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və Böhran məsələləri üzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və Şərq Qonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, hər iki tərəfin xarici siyasət orqanlarının, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Böyük Britaniyanın Daxili İşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım məsələləri üzrə əməkdaşları iştirak edib.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən müvafiq istiqamətə uyğun ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

İki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, viza məsələləri, böhran vəziyyətlərinin idarəolunması mövzularında müzakirələr aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsinin, miqrasiya, təhsil, ədliyyə, həmçinin ekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardım sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol