• $
  • £

Əliyev: kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsidir

Əliyev: kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsidir
03.11.2025 13:52

Son on ildə süni intellekt (Sİ) sahəsində dəyişikliklər sürətlənib və indi bu texnologiya ölkələrin gələcək inkişafının ayrılmaz hissəsinə çevrilib. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib. 

O vurğulayıb ki, Azərbaycan bu sahədə lazımi addımları atır.

“On il bundan əvvəl bu barədə heç kim danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq,” —  dövlət başçısı bildirib və Azərbaycan alimlərini Sİ-nin inkişafında fəal iştiraka dəvət edib.

Prezident həmçinin rəqəmsallaşma sahəsində əldə edilmiş uğurları xatırladıb, hökumətin strukturunda “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adının verilməsini misal gətirib və rəqəmsal xidmətlərin tətbiqi sayəsində işin keyfiyyətinin və səmərəliliyinin artdığını qeyd edib.

Kibertəhlükəsizliklə bağlı çıxışında Əliyev deyib ki, bu il ölkə kiberhücumlara məruz qalıb və buna cavab olaraq Kibertəhlükəsizlik Mərkəzinin yaradılması vaxtında atılmış addım olub.

“Kibertəhlükəsizlik … virtual təhlükəsizlik deyil. Bu, hər bir ölkənin fiziki təhlükəsizliyidir,” — o bildirib və beynəlxalq tərəfdaşlarla, bu sahədə təcrübəli şirkətlərlə geniş proqramlar üzərində işlədiklərini əlavə edib.

Prezident vurğulayıb ki, həm müdafiə, həm də zərərverənlərə layiqli cavab verilməsi vacibdir.

 “Biz həm özümüzü müdafiə etməliyik, həm də bizə zərər vermək istəyənlərə layiqli cavab verməliyik", - o bildirib. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Siyasət 14:56
Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşüb
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol