• $
  • £

2022–2025-ci illər ərzində ÜDM-in orta illik artımı 3,3% təşkil edəcək

2022–2025-ci illər ərzində ÜDM-in orta illik artımı 3,3% təşkil edəcək
04.11.2025 12:22

2025-ci ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla, 2022–2025-ci illər ərzində ÜDM-in orta illik artımı 3,3% təşkil edəcək. Bu artım tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunacaq. Qeyri-neft ÜDM üzrə orta illik artım 6,1% səviyyəsində proqnozlaşdırılır ki, bu da Milli İnkişaf Strategiyasında nəzərdə tutulmuş hədəfdən yüksəkdir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Cabbarov qeyd edib ki, son illərdə ölkənin ixrac imkanları da əhəmiyyətli dərəcədə genişlənib. 2025-ci ilin göstəriciləri nəzərə alınmaqla, 2019–2025-ci illər ərzində qeyri-neft-qaz ixracının 2,3 dəfə artması gözlənilir.

Nazir əlavə edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları — ölkənin maliyyə təhlükəsizliyinin əsas dayağı — 2018-ci ilin sonundan 2025-ci ilin 1 oktyabrınadək 1,8 dəfədən çox artaraq 81,5 milyard ABŞ dollarına çatıb. Bu göstərici cari il üzrə gözlənilən ÜDM səviyyəsini üstələyir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol