• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Azərbaycan bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 18% olub

Azərbaycan bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 18% olub
04.11.2025 13:34

Azərbaycan bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 18,1%, likvidlik əmsalı isə 157% olub və bu göstəricilər tənzimləyici normaları əhəmiyyətli dərəcədə üstələyib. Bunu Mərkəzi bankın idarə heyətinin sədri Taleh Kazımov bildirib. 

Sektorun kapital mənfəətliliyi 19,3%, aktivləri 5,9% artaraq 56,1 milyard manata, kredit portfeli isə 6,5% artaraq 29,3 milyard manata çatıb.

Qeyri-işlək kreditlərin payı 2,7% səviyyəsində qalmaqla aşağı risk göstəricisini qoruyub.

Bank sektorunun öhdəlikləri 9 ayda 5,6% (2,6 milyard manat) artaraq 49 milyard manata yüksəlib. Depozitlər ümumi öhdəliklərin 74,7%-ni təşkil edir ki, bunun da 15,4 milyard manatı əhalinin əmanətləridir.
İl ərzində əhalinin əmanətləri 7,5%, o cümlədən müddətli əmanətlər 13% artıb.

Sığorta sektoru üzrə 2025-ci ilin ilk 9 ayında 1,157 milyard manat sığorta haqqı, 684 milyon manat sığorta ödənişi həyata keçirilib. 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13% və 23,5% artım deməkdir. Sığorta haqlarının 76%-i könüllü, 24%-i icbari növlərin payına düşür.

Kapital bazarlarında 9 ayda ticarət dövriyyəsi 35% artaraq 51,4 milyard manata çatıb. Dövlət qiymətli kağızlar bazarında əməliyyatların həcmi 8,7 milyard manat, Mərkəzi Bankın notları ilə bazar əməliyyatlarının həcmi isə 1,212 milyard manat olub — bu da ötən illə müqayisədə 39% azdır.

Ödəniş sistemləri üzrə Milli Ödəniş Sisteminin sabit fəaliyyəti Mərkəzi Bankın əsas prioritetlərindən biri olub. 

2025-ci ilin 9 ayında sistem vasitəsilə 590,1 milyard manat həcmində (ÜDM-in 6,2 misli) 111,8 milyon əməliyyat aparılıb.

Nağdsız ödənişlərin həcmi 29,1% artaraq 72,2 milyard manata, elektron ticarət əməliyyatlarının sayı 48,5%, həcmi isə 34,2% yüksəlib.

Kazımov bildirib ki, maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və innovativ məhsulların təqdim olunması məqsədilə tətbiq olunan xüsusi tənzimləmə rejimi (regulatory sandbox) 2024-cü ildən etibarən maliyyə inklüzivliyinin genişlənməsinə xidmət edir.

Sədr əlavə edib ki, 2026-cı ilin dövlət büdcəsi layihəsi fiskal qayda çərçivəsində hazırlanıb və bu, xərclərin dayanıqlı prinsiplərə uyğunluğunu təmin edir.

Kazımov bildirib ki, inflyasiyaya əhəmiyyətli təsir göstərməyəcək, növbəti ildə fiskal orqanlarla sıx koordinasiya şəraitində tələbin tənzimlənməsi davam etdiriləcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
İqtisadiyyat 11:39
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
İqtisadiyyat 11:19
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
Azərbaycanın ÜDM artımı 2025-ci ildə 1,6% proqnozlaşdırılır
İqtisadiyyat 11:16
Azərbaycanın ÜDM artımı 2025-ci ildə 1,6% proqnozlaşdırılır

Azərbaycan emissiyaları azaltma hədəfini 15 il irəli çəkib-Kangbin Zheng
İqtisadiyyat 11:08
Azərbaycan emissiyaları azaltma hədəfini 15 il irəli çəkib-Kangbin Zheng

AİB: Azərbaycan yaşıl iqtisadiyyat və enerji keçidi üzrə həlledici onilliyə daxil olur
İqtisadiyyat 10:55
AİB: Azərbaycan yaşıl iqtisadiyyat və enerji keçidi üzrə həlledici onilliyə daxil olur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol