• $
  • £

Əlcəzair prezidenti Ceyhun Bayramovu qəbul edib

Əlcəzair prezidenti Ceyhun Bayramovu qəbul edib
04.11.2025 22:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində ölkə prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Müzakirələr ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya və enerji sahəsində əməkdaşlığın təşviqi, eləcə də iki ölkənin biznes dairələri arasında qarşılıqlı əlaqələrin artırılması məsələlərini əhatə edib.

Hər iki tərəf Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında Ticarət, İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Sazişin əhəmiyyətini vurğulayıb.

Görüşdə həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da daxil olmaqla, regional və beynəlxalq əhəmiyyət kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol