• $
  • £

Texnolojiya dövlətlərin informasiya müstəqilliyinə birbaşa təsir göstərir - Səfirin müşaviri

Texnolojiya dövlətlərin informasiya müstəqilliyinə birbaşa təsir göstərir - Səfirin müşaviri
05.11.2025 15:15

Son illərdəki texnoloji sıçrayışlar dövlətlərin informasiya müstəqilliyi və suverenliyinə təsir edən əsas amillərdən birinə çevrilib. Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, Xəzər Universitetinin professoru Dr. Alptekin Cihangir İşbilir noyabrın 5-də Bakıda keçirilən XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər — “2025: Konstitusiya və Suverenlik İli” çərçivəsində beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı bildirib.

“Uzun müddət diqqətdən kənarda qalan bu mövzu indi süni intellekt və qabaqcıl texnologiyaların inkişafı fonunda dövlətlərin informasiya müstəqilliyinə birbaşa təsir göstərir,” –  o vurğulayıb.

O qeyd edib ki,  süni intellektdən vizual dezinformasiyaya qədər bu sahədə ən azı beş-altı elmi təqdimat hazırlanıb.

“Böyük dəyişiklik dövründə süni şəkildə yaradılan təsvirlər, manipulyativ məlumatlar və dezinformasiya elementləri dövlət suverenliyinə təsir göstərən əsas faktorlar sırasına daxil olub və bu proses genişlənməkdədir,” – İşbilir bildirib.

Onun sözlərinə görə, artıq “kibervətən” və “kiber-təhlükəsizlik” anlayışları da ictimai diplomatiya və milli təhlükəsizlik çərçivəsində xüsusi yer tutur. Belə bir şəraitdə dövlətlərin ictimai diplomatiya fəaliyyəti daha mürəkkəb və çoxşaxəli hal alıb.

İşbilir xatırladıb ki, Azərbaycan və Türkiyə arasında imzalanan strateji müttəfiqlik bəyannaməsi iki ölkə münasibətlərini yeni səviyyəyə qaldırıb.

“Türkiyə–Azərbaycan Media Platformu üzrə əməkdaşlıq razılaşması da iki ölkənin birgə ictimai diplomatiya modelini formalaşdırıb və informasiya təhlükəsizliyində qarşılıqlı etimadı gücləndirib,” –  o əlavə edib.

Dr. Alptekin Cihangir İşbilir çıxışının sonunda tədbir iştirakçılarına təşəkkür edərək, dövlətlərin texnoloji dövrdə informasiya müstəqilliyini qorumaq üçün birgə elmi və strateji əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda daha bir ərazidə sürüşmə olub
Cəmiyyət 15:07
Bakıda daha bir ərazidə sürüşmə olub
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol