• $
  • £

Bəzi məhkəmə sədrlərinin hakimlik səlahiyyətlərinə xitam verilib

Bəzi məhkəmə sədrlərinin hakimlik səlahiyyətlərinə xitam verilib
06.11.2025 10:40

Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, iclasda məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalət mühakiməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri İnam Kərimov çıxışı zamanı məhkəmə sisteminin müasir çağırışlara uyğunlaşdırılması üçün həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda iki mühüm sənəd təsdiqlənib — “İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimə cəlb edilməsi Qaydaları” layihəsi və “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə qərar layihəsi.

Bununla yanaşı, bir sıra cari məsələlər, o cümlədən hakimlər barəsində intizam icraatlarına baxılıb.

İclasda bəzi birinci və apellyasiya instansiya məhkəmələrinin, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşinin hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar vəzifəsinə xitam verilib. Onlar məhkəmə sistemindəki səmərəli fəaliyyətlərinə görə Şuranın fəxri döş nişanı ilə təltif olunublar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Cəmiyyət 09:05
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol