• $
  • £

ƏƏSMN-nin gələn ilki büdcəsi 4,5 milyard manatı ötəcək

ƏƏSMN-nin gələn ilki büdcəsi 4,5 milyard manatı ötəcək
06.11.2025 11:54

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqamətləri üzrə 2026-cı ildə dövlət büdcəsindən 4 milyard 537 milyon manat vəsait ayrılacaq, bu da 2025-ci illə müqayisədə 213 milyon manat və ya 5% çoxdur. Bunu əmək və əhalinin sosial müdafiə naziri Anar Əliyev 2026-ci ilin dövlət büdcəsinə münasibət bildirərkən deyib. 

Nazir bildirib ki, bu məbləğ dövlət büdcəsinin 10,9%-ni, ÜDM-in isə 3,4%-ni təşkil edəcək.

Ayrılacaq vəsaitin 98%-i — 4 milyard 450 milyon manatı — əhaliyə ödənişlərə yönəldiləcək. Bu da cari illə müqayisədə 151 milyon manat və ya 5,9% çoxdur.

Müavinət, təqaüd və kompensasiyalar üçün 2 milyard 144 milyon manat nəzərdə tutulub — bu, 178,5 milyon manat və ya 9,1% artım deməkdir. Ünvanlı dövlət sosial yardımı (ÜDSY) üzrə 465 milyon manat ayrılacaq (7,7 milyon manat və ya 1,7% çox).


Haqqı ödənilən ictimai işlərin təşkili üçün isə 141,7 milyon manat ayrılması planlaşdırılır ki, bu da 59,3 milyon manat az və ya 29,5% azalma deməkdir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol