• $
  • £

2026-cı ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 238 milyon manata çatacaq

2026-cı ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 238 milyon manata çatacaq
06.11.2025 12:01

 

İşsizlikdən Sığorta Fondunun (İSF) 2026-cı il üzrə gəlirləri 238,3 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiqlənmiş göstəricisindən 31,9 milyon manat və ya 15,5% çoxdur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 2026-ci ilin dövlət büdcəsi haqqında qanuna münasibət bildirərkən deyib.

Nazirin sözlərinə görə, fondun gəlirlərinin 99,3%-i (236,6 milyon manat) işsizlikdən sığorta haqları üzrə yığımlardan formalaşacaq. Bu yığımların 78%-i qeyri-büdcə sektorunun payına düşəcək və bu, cari illə müqayisədə 28,1 milyon manat çoxdur.

Fondun gəlirlərinin 10,5%-lik hissəsi (28,1 milyon manat) isə əvvəlki illərdə yaradılmış ehtiyatlardan növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

2026-cı il üzrə İSF-nin ümumi xərcləri 266,4 milyon manat təşkil edəcək — bu da cari ilin təsdiqlənmiş göstəricisindən 5,7 milyon manat və ya 2,2% çoxdur.

Nazir əlavə edib ki, 2026-cı ildə fond vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq proqramlarına cəlb olunması planlaşdırılır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol