• $
  • £

İşğaldan azad edilən ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək — DVX rəsmisi

İşğaldan azad edilən ərazilərə şamil olunan vergi güzəştləri Naxçıvanda da tətbiq ediləcək — DVX rəsmisi
06.11.2025 12:57

 

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən sahibkarlara tətbiq olunan bütün vergi güzəştləri Naxçıvan Muxtar Respublikasına da şamil ediləcək. Bu barədə Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası üçün də eyni güzəşt rejimi müəyyən edilir və bu addım regionun iqtisadi fəallığını artırmaq, sahibkarlıq mühitini canlandırmaq məqsədi daşıyır.

“İşğaldan azad olunmuş ərazilərə tətbiq edilən bütün vergi güzəştləri Naxçıvan Muxtar Respublikasına da şamil olunacaq. Bu, regionda biznesin inkişafına və yeni investisiyaların cəlb edilməsinə xidmət edəcək,” – İmanov bildirib.

Rəsmi açıqlamaya görə, bu qərar Naxçıvanın iqtisadiyyatının dirçəldilməsi, yerli sahibkarların dəstəklənməsi və vahid vergi siyasətinin ölkə üzrə tətbiqi istiqamətində atılmış mühüm addımdır.

Qanun layihəsinə əsasən, güzəştlər 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol