• $
  • £

Minimum əmək haqqı alanlar vergidən azad edilməlidir

Minimum əmək haqqı alanlar vergidən azad edilməlidir
06.11.2025 13:10

 

Həm dövlət, həm də özəl sektorda minimum əmək haqqı alanlar vergidən azad edilməlidir. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, gələn ildən fiziki şəxslərin gəlir vergisi üzrə güzəşt müddəti başa çatır və 2500 manatadək aylıq əmək haqqı 3 faiz dərəcə ilə vergiyə cəlb olunacaq. 

Onun fikrincə, mərhələli sistemin tətbiqi müsbət hal olsa da, bəzi sektorlar üzrə mövcud dərəcələr ədalətli deyil.

“Dövlət sektorunda fiziki şəxslərin gəlir vergisi yüksək olaraq qalır. Bu isə bir sıra sahələrdə, o cümlədən səhiyyə müəssisələrində ixtisaslı kadrların özəl sektora üstünlük verməsinə səbəb olur,” – deputat bildirib.

O qeyd edib ki, dövlət sektorunda tətbiq olunan 14 faizlik vergi dərəcəsi uzun illərdir dəyişdirilmir və hazırda 2500 manatlıq hədd real iqtisadi göstəricilərlə uyğun gəlmir.

“Təklif edirəm ki, dövlət sektorunda 14 faiz dərəcə ilə vergiyə cəlb edilən məbləğ 2500 manatdan 4000 manatadək artırılsın,” – Bayramov deyib.

Deputat həmçinin vurğulayıb ki, minimum əmək haqqı alan vətəndaşların maaşları vergidən azad edilməlidir.

“Dövlət sektorunda 200 manatlıq azadolma tətbiq olunur, lakin özəl sektorda bu yoxdur. Əksər ölkələrdə minimum əmək haqqı vergidən azaddır. Hər iki sektorda vergidən azad olunan məbləğ 400 manat müəyyənləşdirilməlidir,” – o qeyd edib.

Bayramov əlavə edib ki, kirayə gəlirlərinin vergisi 14 faizdən 10 faizə endirilməsi müsbət haldır, lakin bu sahədə rəsmiləşməni stimullaşdırmaq üçün dərəcənin 5 faizə endirilməsi məqsədəuyğun olardı.

Deputatın sözlərinə görə, vergi siyasətində aparılan dəyişikliklər yalnız kəmiyyət deyil, keyfiyyət meyarlarına əsaslanmalı və vergi ödəmə mədəniyyətinin formalaşmasına, istehlakın artmasına və real sektorun dəstəklənməsinə yönəlməlidir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol