63 kənd hələ də qazsız qalıb - Deputat
Son 22 ildə Azərbaycanın dövlət büdcəsi və iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Bunu Milli Məclisin deputatı Elman Nəsirov dövlət büdcəsinə münsibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər ölkənin sosial və infrastruktur inkişafını açıq şəkildə nümayiş etdirir.
“22 il əvvəlki büdcə ilə indiki büdcə arasında ciddi fərq var. Rəqəmlər göstərir ki, Azərbaycan haradan hara gəlib,” – deputat qeyd edib.
Elman Nəsirov həmçinin ölkədə qazlaşdırma səviyyəsinin dünyada nadir göstəricilərdən biri olduğunu vurğulayıb.
“Hazırda Azərbaycanda qazlaşma 97 faizə çatıb. Dünyada bu səviyyəyə yaxın ölkə yoxdur. Amma Cəlilabadın 118 kəndindən 63-də qazlaşdırma işləri hələ aparılmayıb,” – o əlavə edib.
Gülnar Nazimqızı