• $
  • £

Qaradağda erkən nikahın qarşısı alınıb

Qaradağda erkən nikahın qarşısı alınıb
07.11.2025 18:50

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən erkən nikah mərasiminin qarşısı alınıb.Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində 16 yaşlı qızın toy mərasiminin keçirilməsi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və görülən tədbirlər nəticəsində qanunsuz təşkil olunan toy mərasiminin qarşısı alınıb.

Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi və yetkinlik yaşına çatmayan qızın dini kəbinini kəsən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.

Faktla bağlı rayon Polis İdarəsində istintaq araşdırması davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi yerlərdə kollektorlarda problemlər yaranıb, icra başçıları qəza baş vermiş ərazilərə gedib
Cəmiyyət 16:09
Bəzi yerlərdə kollektorlarda problemlər yaranıb, icra başçıları qəza baş vermiş ərazilərə gedib
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Cəmiyyət 15:10
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Respublikanın əksər çaylarında sululuq artıb
Cəmiyyət 14:15
Respublikanın əksər çaylarında sululuq artıb
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Cəmiyyət 13:49
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
Cəmiyyət 13:32
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Cəmiyyət 13:13
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
DİN sutka ərzində 763 çağırışa reaksiya verib
Cəmiyyət 12:46
DİN sutka ərzində 763 çağırışa reaksiya verib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 11:45
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 11:15
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol