Qubada toy karvanında qəza olub, ölən və yaralanan var
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun, Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində baş verib.
Toy karvanında olan “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox