• $
  • £

9 ayda hotel və hotel tipli obyektlər cəmi 26 % dolub- Fazil Mustafa

9 ayda hotel və hotel tipli obyektlər cəmi 26 % dolub- Fazil Mustafa
12.11.2025 12:57

2025-ci ilin 9 ayıda Azərbaycanda hotel və hotel tipli obyektlərdə cəmi 26 % yerləşmə olub. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.

O, bunun aşağı göstərici kimi qiymətləndirərək problemi sosial həyatın aktiv olmaması, turizm sektorunun inkişaf etməməsi ilə əlaqələndirib.

"Biz turistlərin bütün imkanlardan istifadə etməsinə şərait yaratmalıyıq".

Komitə sədri həmçinin deyib ki, bələdiyyələrin imkanları zəif olduğundan ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qeyri-hökumət təşkilatlarının (QHT) rolundan istifadəyə üstünlük verilməli və onlara verilən vəsait artırılmalıdır:

"Qələbədən sonra daha çox diqqəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik. Xüsusilə də yaşlı, ahıl insanlara qarşı diqqət artırılmalıdır. Bu məqsədlə QHT-lərə verilən qrantlar artırılmalıdır".

Fazil Mustafa eyni zamanda xatırladıb ki, gələn ilin dövlət büdcəsindən dini icmalar və dini tədbirlərlə ayrılan vəsait 239,3 milyon manatdır:

"Bu, ümumi paketdə yer alsa da, 37,9 faizi əsasən dini tədbirlərə yönələn vəsaitlərdir. Fikrimcə, burada vəsaitin artırılması məqsədəuyğun olardı",- o bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol