• $
  • £

Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərc dövlətin verdiyi puldan 6 dəfə çoxdur

Bir uşağın məktəbəqədər təhsili üçün aylıq xərc dövlətin verdiyi puldan 6 dəfə çoxdur
13.11.2025 12:37

Azərbaycanda bir uşağın məktəbəqədər təhsili üçün ümumi aylıq xərc təxminən 600 manat təşkil edir, dövlət isə bunun cəmi 100 manatını maliyyələşdirir. Buna görə də bütün uşaqların xərclərinin tam şəkildə dövlət tərəfindən ödənilməsi real deyil. Bunu təhsil naziri Emin Əmrullayev parlamentdə 2026-cı il büdcə müzakirələri zamanı bildirib.

Nazirin sözlərinə görə, mövcud yanaşma dəyişdirilməli və daha səmərəli modelə keçilməlidir.

“Dünyanın heç bir ölkəsində dövlət bütün uşaqların məktəbəqədər təhsil haqqını tam şəkildə ödəmir. Ona görə də biz daha optimal, hədəfli modellərdən istifadə etməliyik,” — Əmrullayev vurğulayıb.

O bildirib ki, hazırda tətbiq edilən ictimai (dövlət dəstəyi ilə) məktəbəqədər təhsil modeli xərclərin daha səmərəli bölüşdürülməsinə imkan verir. 

Bu mexanizm çərçivəsində 25 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb olunub və bu say ilbəil artır.

Nazirin sözlərinə görə, tam dövlət subsidiyası ilə bir uşağın yerinə xərc olunan vəsaitlə eyni zamanda səkkiz uşağın ictimai model üzrə məktəbəqədər təhsili təşkil edilə bilir. Bu isə həm resursların daha rasional istifadəsinə, həm də əhatə dairəsinin genişlənməsinə imkan yaradır.

Son beş ildə məktəbəqədər təhsil sahəsinə qoyulan investisiyalar 100 milyon manata yaxın artırılıb, ölkə üzrə isə təxminən 100 min yeni məktəbəqədər yer yaradılıb.

Nazir qeyd edib ki, özəl məktəbəqədər müəssisələrin subsidiyalaşdırılması da genişləndirilir. Dövlət bu modeldə hər uşaq üçün təxminən 45 manat ödəyir, valideyn isə ödənişin yalnız kiçik bir hissəsini qarşılayır. 

Əmrullayevin sözlərinə görə, bu mexanizm sayəsində növbəti illərdə ictimai model üzrə təhsil alan uşaqların sayı 30 minə çatacaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Cəmiyyət 15:10
Xaçmazda yaşayış evlərini su basıb,22 nəfər təxliyə edilib - Video
Respublikanın əksər çaylarında sululuq artıb
Cəmiyyət 14:15
Respublikanın əksər çaylarında sululuq artıb
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Cəmiyyət 13:49
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
Cəmiyyət 13:32
Bakıda intensiv yağışlar davam edəcək, subasma gözlənilir -SABAHIN HAVASI
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
Cəmiyyət 13:13
“Biləsuvar” gömrük postunda 56 kiloqramdan artıq narkotik vasitə aşkar edilib
DİN sutka ərzində 763 çağırışa reaksiya verib
Cəmiyyət 12:46
DİN sutka ərzində 763 çağırışa reaksiya verib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 11:45
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət 11:15
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Ağsuda qadını öldürüb meyitini otlaq sahəyə aparan şəxslər həbs ediliblər
Cəmiyyət 10:50
Ağsuda qadını öldürüb meyitini otlaq sahəyə aparan şəxslər həbs ediliblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol