• $
  • £

Prezident Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib

Prezident Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
13.11.2025 17:05

Prezident İlham Əliyev Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Dəyişikliklərə əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki Qaradağ Sənaye Parkının rezidenti – “Bakı Gəmiqayırma Zavodu” MMC üçün vergi və gömrük güzəştlərinin müddəti artırılıb.

Yeni qaydaya əsasən, sənaye parkının rezidentləri 2025-ci il yanvarın 1-dən etibarən 6 il müddətinə sənaye parkındakı fəaliyyətlərindən əldə etdikləri mənfəətə görə mənfəət vergisindən azad edilirlər.

Bundan əlavə, həmin fəaliyyət çərçivəsində istifadə olunan əmlak və torpaqlara görə də rezidentlər 6 il müddətinə əmlak və torpaq vergisindən azad olunacaqlar.

Eyni zamanda, sənaye parkının rezidentləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında fəaliyyət məqsədləri üçün idxal edilən bütün növ mallar 2016-cı il mayın 1-dən etibarən 14 il müddətinə gömrük rüsumundan azad edilir.

İndiyədək bu müddət 10 il idi.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol