• $
  • £

Deputat: Azərbaycan–Özbəkistan ticarət dövriyyəsi beş ilə 3 dəfə artıb

Deputat: Azərbaycan–Özbəkistan ticarət dövriyyəsi beş ilə 3 dəfə artıb
14.11.2025 08:59

Son 5 ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfə artaraq 2024-cü ildə 252 milyon dollara çatıb. Bunu deputat Vüqar Bayramov öz sosial hesabında bildirib. 

O bildirib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon dollar təşkil edib.


Onun sözlərinə görə, cari ilin ilk 9 ayında ticarət dövriyyəsi bütövlükdə əvvəlki ilə nisbətən 27 faiz çoxdur və bu, tərəflər arasında illik artımın qorunduğunu göstərir.

Bayramov vurğulayıb ki, bu dinamika Azərbaycan və Özbəkistan arasında strateji münasibətlərin inkişaf səviyyəsini təsdiqləyən əsas meyarlardan biridir.


Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan iki ölkə enerji və qeyri-enerji sahələrində yeni əməkdaşlıq potensialına malikdir.

Azərbaycanın Özbəkistanla nəqliyyat, logistika, kənd təsərrüfatı və birgə sərmayə yatırımları üzrə əməkdaşlığı genişlənir.

Qarabağın bərpası prosesinə Özbəkistan aktiv dəstək göstərib. Belə ki, Füzuli şəhərində Özbəkistan tərəfindən müasir məktəb tikilir. 

Eyni zamanda hHər iki ölkənin dövlət başçılarının son illərdə baş tutan qarşılıqlı səfərləri və Türk Dövlətləri Təşkilatındakı əməkdaşlıq formatı Bakı–Daşkənd münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradıb.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol