• $
  • £

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
14.11.2025 12:36

Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir. Bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Məlumata görə, hazırda "Azəristiliktəchizat" ASC-nin balansında olan 3 871 yaşayış binası istiliklə təmin olunur. Həmçinin təqribən 185 min mənzil, 449 təhsil müəssisəsi, yəni bağçalar və məktəblər, 152 səhiyyə obyekti, 2 224-ü sosial və təsərrüfat obyetkləri "Azəristiliktəchizat" tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur.

Qurumun 2025-2026-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.

Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Cəmiyyət 15:48
Şəmkirdə 33 yaşlı kişi anasını qətlə yetirib, daha sonra özünü yandırıb
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Cəmiyyət 12:53
Yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Sabahın hava proqnozu
Cəmiyyət 12:29
Sabahın hava proqnozu
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol