• $
  • £

Aşağı gəlirləri olanlar üçün vergi yükü mərhələli şəkildə azaldılacaq - Cabbarov

Aşağı gəlirləri olanlar üçün vergi yükü mərhələli şəkildə azaldılacaq - Cabbarov
19.11.2025 14:59

Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün aşağı gəlir kateqoriyalarına daha yüngül vergi yükünün tətbiqi məqsədəuyğun hesab edilib. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, bu çərçivədə qeyri-neft-qaz özəl sektorunda əməkhaqlarının mərhələli şəkildə vergiyə cəlb olunmasına dair yeni model təklif edilib.

Yeni dərəcələr aşağıdakı kimi müəyyən olunub.

2026-cı il üçün:

2 500 manatadək gəlir – 3%

2 500–8 000 manat arası – 75 manat + 10%

8 000 manatdan yuxarı – 625 manat + 14%

2027-ci il üçün:

2 500 manatadək – 5%

2 500–8 000 manat arası – 125 manat + 10%

8 000 manatdan yuxarı – 675 manat + 14%

2028-ci il üçün:

2 500 manatadək – 7%

2 500–8 000 manat arası – 175 manat + 10%

8 000 manatdan yuxarı – 725 manat + 14%

Bundan əvvəl maliyyə naziri Sahil Babayev bildirib ki, Azərbaycanda “vergi artımı” barədə deyilənlər həqiqətə uyğun deyil və əksinə, onlarla vergi güzəşti tətbiq olunub.

Nazir müavini Sahib Ələkbərov isə əlavə edib ki, güzəştlərin ləğvindən söhbət getmir. Sadəcə əvvəlki 7 illik güzəşt müddəti bitib və yeni mexanizm qüvvəyə minir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol