• $
  • £

Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunelin tikintisinə başlanılıb


Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunelin tikintisinə başlanılıb
21.11.2025 12:11

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunel tipli yol ötürücüsünün inşasına start verib.

tunel layihənin 3,6-cı kilometrində, mövcud dəmir yolu xəttinin altından keçməklə inşa olunur. Tunel tipli yol ötürücüsünün ümumi uzunluğu 620,6 metrdir. Bunun 36,6 metri qapalı, 584 metri isə açıq hissədən ibarətdir.

Hazırda obyekt üzrə dayaqların qazılması və betonlanması, həmçinin svayların quraşdırılması işləri həyata keçirilir.

uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəyə uyğun, 6 hərəkət zolaqlı şəkildə tikilir. Layihə çərçivəsində 9 yol qovşağının, 13 yol ötürücüsünün, 1 kanal körpüsünün, həmçinin 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün inşası nəzərdə tutulub.

Yeni avtomobil yolunun istifadəyə verilməsi Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə şimal bölgəsi, eləcə də Bakı–Şamaxı–Yevlax yolu vasitəsilə ölkənin qərb bölgəsi ilə rahat və səmərəli nəqliyyat əlaqəsi qurmasına imkan yaradacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol