BMT-də Nelson Mandela yad edildi
BMT-nin Baş Assambleyası xüsusi sessiyasını Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandelanın xatirəsinə xüsusi iclas həsr etmək qərarına gəlib. Ötən gün baş tutan xüsusi sessiyada dekabrın 5-də 95 yaşında dünyasını dəyişmiş Nelson Mandelanı şəxsən tanıyanlar və Baş Assambleyanın üzvləri iştirak edib.BMT-nin Baş katibi Ban Ki-mun, BMT-nin Baş Assambleyasının sədri Con Aşe və xeyli ölkənin səfirləri Nelson Mandelanın xatirəsinə nitqlər söyləyiblər. BMT-nin Baş katibi Ban Ki-mun Nelson Mandelanın mirasının «insan haqlarını müdafiə edən hər kəs üçün əbədi olacağını» deyib. "Anspress"
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox