Moskva üzərində dörd dron vurulub
Moskvada gün ərzində paytaxta yaxınlaşan dörd pilotsuz uçuş aparatı vurulub. Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
İlk dronun məhv edilməsi barədə o, saat 14:00-da (Bakı vaxtı) məlumat verib.
Hadisə yerlərində fövqəladə xidmət əməkdaşları işləyir. Yerüstü nəticələr barədə məlumat yoxdur.
Rosaviatsiya Domodedovo, Jukovski və Şeremetyevo hava limanlarında qısa fasilələrin olduğunu bildirib. Hazırda məhdudiyyətlər aradan qaldırılıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox