• $
  • £

SOCAR Xəzərə avadanlıq gətirilməsində logistika çətinlikləri üzləşir

SOCAR Xəzərə avadanlıq gətirilməsində logistika çətinlikləri üzləşir
25.11.2025 10:50

Azərbaycanın Xəzər regionunda illər ərzində formalaşdırdığı enerji infrastrukturu ölkənin yeni neft və qaz yataqlarının səmərəli inkişafını mümkün edən əsas amilə çevrilib. Bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov bildirib.

Onun sözlərinə görə, AÇG kimi nəhəng layihələrdən sonra bazarda “bir neçə yüz milyon barellik” orta ölçülü yataqlara fokuslanmaq vacibdir.

“Biz əvvəllər milyard barellik ehtiyatlara öyrəşmişdik. Amma bir neçə yüz milyon barel də orta ölçülü yataqdır və onların inkişafına imkan verən infrastrukturumuz artıq mövcuddur”, - Hüseynov deyib.

O bildirib ki, mövcud boru kəmərləri və ixrac marşrutları sayəsində yeni yataqların böyük dəniz platformalarına ehtiyac qalmadan daha effektiv şəkildə işlənməsi mümkündür.

“Sadəcə infrastruktura qoşulmaq kifayətdir. BP ilə belə bir imkan üzərində artıq işləyirik”, — o vurğulayıb.

Vitse-prezident bildirib ki, Azərbaycanın enerji sektorunda ən böyük çağırışlardan biri bəzi bürokratik proseslər və Xəzərə avadanlıq gətirilməsində logistika çətinlikləridir.

“Bəzən çayların su səviyyəsi və nəqliyyat kanallarındakı dəyişikliklər səbəbindən avadanlıq gətirmək çətinləşir. Bu prosesləri idarə etmək mürəkkəbləşib”, —  o qeyd edib.

Hüseynov əlavə edib ki, SOCAR beynəlxalq tərəfdaşlarla birgə müəssisə strukturlarından daha çevik istifadə etməklə bu maneələri azaltmağa çalışır.

“JV mexanizmləri bizə üstünlük verir və SOCAR olaraq həmin çərçivədən daha səmərəli istifadə edirik”- o bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol