• $
  • £

20% neftçıxarma əmsalı artıq qəbuledilməzdir - SOCAR vitse prezidenti

20% neftçıxarma əmsalı artıq qəbuledilməzdir - SOCAR vitse prezidenti
25.11.2025 10:54

 

Azərbaycanın köhnə neft yataqlarında tarixən qəbul edilən 20%-lik neftçıxarma əmsalı müasir texnologiyalar fonunda artıq qəbuledilməzdir və şirkət hasilatı artırmaq üçün bütün imkanlardan istifadə etməyi prioritet sayır. Bu barədə SOCAR vitse prezidenti Babək Hüseynov bildirib.

O deyib ki, Sovet dövründən bəri mövcud olan texniki baza son 30 ildə kəskin dəyişib və bu, qalıq ehtiyatların daha böyük hissəsinin hasilatına imkan verir. 

“Mənim üçün yatağın cəmi 20%-ni çıxardıqdan sonra dayanmaq qəbulolunmazdır,” — Hüseynov bildirib.

SOCAR rəsmisi BP ilə 30 illik tərəfdaşlığı vurğulayaraq qeyd edib ki, tərəflər hazırda yaşıl sahə deyil, “qəhvəyi sahə” yanaşmasına fokuslanır və bu, tamamilə fərqli düşüncə və bacarıqlar tələb edir. 

Onun sözlərinə görə, SOCAR yeni texniki həllər və mövcud razılaşmaların yenidən baxılması da daxil olmaqla bütün variantlara açıqdır.

Hüseynov əlavə edib ki, şirkətin məqsədlərindən biri də artıq tükənmiş sayılan yataqların yenidən qiymətləndirilməsi və bərpasıdır. 

O, xüsusilə “Bahar”yatağını misal çəkib — burada neftçıxarma əmsalı 10%-dən aşağı olub, sahə faktiki olaraq “bitmiş” hesab edilirdi. 

Lakin aparılan yeni işlər yatağın böyük potensiala malik olduğunu göstərib.

O, həmçinin qeyd edib ki, kəşfiyyat SOCAR üçün ehtiyatların yenilənməsi baxımından əsas istiqamətlərdən biri olaraq qalır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol