• $
  • £

Xaricdə təhsil alan azərbaycanlı həkimlərin Azərbaycanda işləməsi çətinləşib - Deputat/Video

Xaricdə təhsil alan azərbaycanlı həkimlərin Azərbaycanda işləməsi çətinləşib - Deputat/Video
25.11.2025 15:13

Yeni rezidentura proqramının tətbiqi xaricdə təhsil alan azərbaycanlı həkimlərin ölkədə fəaliyyətə başlamasını ciddi şəkildə çətinləşdirib. Bunu deputat Rəşad Mahmudov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə Rusiya və MDB ölkələrində tibbi təhsil və klinik ixtisaslaşma almış yüzlərlə həkim son aylarda ixtisaslarının Azərbaycanda tanınmaması ilə bağlı şikayət edir.

“Əsas problem xaricdə, xüsusilə MDB məkanında alınmış klinik ixtisasların ölkəmizdə tanınması mexanizminin faktiki dayanmasıdır. Bu, təkcə texniki məsələ deyil, həm insani hüquqlara, həm də ölkənin səhiyyə ehtiyaclarına təsir göstərir”, – deputat bildirib.

Mahmudov qeyd edib ki, həmin həkimlər yüksək səviyyəli klinikalarda təhsil alıb, çalışıblar və Azərbaycan dilini bilirlər. Onların adaptasiya, imtahan və regionlarda çalışma tələblərinə hazır olduqlarını vurğulayıb.

Deputat xatırladıb ki, Azərbaycan Lissabon Konvensiyasının iştirakçısıdır və sənədə əsasən, diplomların tanınmaması yalnız “əhəmiyyətli fərq” sübuta yetirilərsə mümkündür. 2023-cü ildən qüvvədə olan “Tanınma qaydaları” da imtahan və adaptasiya mərhələlərini açıq şəkildə müəyyən edir.

“Məsələ nə siyasi, nə emosionaldır. Tam şəffaf, daimi və hüquqi mexanizmlə bu problemi həll etmək mümkündür. Azərbaycanda, xüsusilə regionlarda kadr çatışmazlığı yaşandığı bir vaxtda hazır resursdan istifadə edə bilmirik”, – Mahmudov vurğulayıb.

Deputat xaricdə klinik ixtisas almış azərbaycanlı həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün daimi adaptasiya imtahanlarının və tanınma mexanizminin yaradılmasına çağırıb.

Spiker Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, Elm və Təhsil Nazirliyində bu məsələ ilə bağlı məşğul olan qurum var. Buna görə də bu mövzu ilə bağlı Milli Məclisdə diskusiya qurmağa ehtiyac yoxdur. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mətləb Mütəllimli vəfat edib
Cəmiyyət 00:30
Mətləb Mütəllimli vəfat edib
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 23:20
Sabah bu ərazilərdə qaz olmayacaq
FHN: Yağış nəticəsində yaranan problemlərin həlli istiqamətində işlər aparılır
Cəmiyyət 20:46
FHN: Yağış nəticəsində yaranan problemlərin həlli istiqamətində işlər aparılır
Zaur Əliyev nazir müavini təyin olunub
Cəmiyyət 20:30
Zaur Əliyev nazir müavini təyin olunub
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Cəmiyyət 20:09
6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir
Cəmiyyət 19:09
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir
Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Cəmiyyət 18:45
Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:13
Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Bakı və Abşeron ərazinin 60% hissəsində mərkəzləşmiş kanalzasiya sistemi yoxdur
Cəmiyyət 17:12
Bakı və Abşeron ərazinin 60% hissəsində mərkəzləşmiş kanalzasiya sistemi yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol