• $
  • £

Azərbaycanla yükdaşımalar dörd ildə yeddi dəfə artıb - Talğat Oldabekınov

Azərbaycanla yükdaşımalar dörd ildə yeddi dəfə artıb - Talğat Oldabekınov
26.11.2025 12:38

 

Qazaxıstan və Azərbaycan arasında yükdaşımalar son dörd ildə yeddi dəfə artıb. Bu barədə “Qazaxıstan Dəmir Yolları”nın (KTZ) idarə heyətinin sədri Talğat Oldabekınov çərşənbə günü bildirib.

Oldabekınovun sözlərinə görə, 2025-ci ilin ilk on ayında daşımaların həcmi 4,1 milyon ton olub. Artımın əsas hissəsi taxıl yüklərinin payına düşüb.

“Taxıl daşımaları 25 dəfə artıb və bu il təxminən 600 min ton təşkil edib,” – o, Bakıda keçirilən MDB Dəmir Yolu Şurasının iclasında deyib.

O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə konteyner daşımaları cari ildə 12% artaraq 917 qatar təşkil edib. 

Çin şirkəti Xinjiang REI iki həftə əvvəl dəhlizə qoşulub və KTZ bunun həcmləri iki dəfə artıracağını gözləyir.

KTZ rəhbəri qeyd edib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları sərhəddən Gürcüstan limanlarınadək bütün xətt üzrə 10 günlük audit aparıb və dar boğazlar müəyyən olunub.

Oldabekınov deyib ki, əsas maliyyə tələbatı Xəzər dənizində gəmi parkının genişləndirilməsidir. Qazaxıstan altı konteyner gəmisi alır və onların 2027-ci ilin ilk yarısında istifadəyə veriləcəyi gözlənilir.

Aktau limanında konteyner gücü artırılır: 140 min TEU-luq ilk mərhələ ilin sonunadək, ümumi gücü 240 min TEU-ya çatdıran ikinci mərhələ isə 2026-cı ildə istifadəyə veriləcək.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol