• $
  • £

Azərbaycan–İordaniya sənədləri imzalanıb


Azərbaycan–İordaniya sənədləri imzalanıb
27.11.2025 13:09

Bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa çatdıqdan sonra bir sıra sənədlər imzalanıb.

Həmsədrlər Sahil Babayev və Yarub Qudah tərəfindən Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclasının nəticələrinə dair Protokol, həmçinin 2025-2027-ci illər üzrə elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələrində İcraedici Əməkdaşlıq Proqramı imzalanıb.

Bundan başqa, Azərbaycan və İordaniya hökumətləri arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş, Dövlət Turizm Agentliyi ilə İordaniyanın Turizm və Tarixi Əsərlər Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və turizm sahəsində əməkdaşlığa dair İcra Proqramı və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə İordaniyanın Kiçik və Orta Müəssisələrin İnkişafı Korporasiyası (JEDCO) arasında Anlaşma Memorandumu hər iki tərəfin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən imzalanıb. 

Daha sonra həmsədrlər mətbuat nümayəndələrinin suallarını cavablandırıb. İqtisadi sahədə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əsas platforma olduğunu vurğulayan həmsədrlər qeyd ediblər ki, Komissiyanın IV iclasında ticarət, investisiya, sənaye, enerji, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə konkret əməkdaşlıq istiqamətləri razılaşdırılaraq protokol imzalanmışdır. Həmçinin bildirilib ki, bir çox sahələrdə əldə olunan irəliləyiş münasibətlərin strateji xarakterini təsdiqləyir və mövcud potensial əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yermek Koşerbayev Azərbaycana səfər edəcək
Siyasət 21:31
Yermek Koşerbayev Azərbaycana səfər edəcək
Prezident sərəncam imzalayıb
Siyasət 16:36
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib
Siyasət 14:26
Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol