Türkiyədə 120 nəfər qidadan zəhərlənib
Türkiyənin paytaxtı Ankara şəhərində 120 nəfər qidadan zəhərlənib.Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Ankaranın Sincan rayonunda 120 nəfər inşaat işçisi yemək şirkətlərinin birindən sifariş etdikləri qidaları yedikdən sonra özlərini pis hiss edib, xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.