• $
  • £

Türk Dövlətləri Təşkilatı 55-dən çox sahədə regional aktyora çevrilib

Türk Dövlətləri Təşkilatı 55-dən çox sahədə regional aktyora çevrilib
28.11.2025 10:50

 

Türk Dövlətləri Təşkilatı təhlükəsizlik, təhsil, nəqliyyat və kosmos daxil olmaqla 55-dən çox istiqamətdə həyata keçirdiyi layihələrlə regionda “möhkəm aktyora” çevrilib. Bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömer Kocaman bildirib.

Kocaman Bakıda keçirilən toplantıda çıxışı zamanı Prezident İlham Əliyevin 2024-cü ildə səsləndirdiyi “TDT bizim əsas beynəlxalq təşkilatımızdır, bizim ailəmizdir” fikrini xatırladaraq, Azərbaycanın Türk dünyasında “strateji körpü” rolunu davam etdirdiyini deyib.

Onun sözlərinə görə, çağdaş informasiya mühiti ölkələr üçün strateji əhəmiyyət daşıyır və bu sahədə ortaq fəaliyyət zəruridir. 

O, dezinformasiya, yalan xəbər və kibertəhdidlərin artdığını, mart və iyul aylarında keçirilmiş onlayn görüşlərdə 2025 Fəaliyyət Planının həyata keçirilməsi üzrə koordinasiyanın təmin olunduğunu qeyd edib.

Kocaman, noyabrda Astanada baş tutan ADNA Türk Xəbər Agentlikləri Birliyinin II Baş Assambleyasının media əməkdaşlığına yeni dinamika gətirdiyini bildirib. 

O həmçinin 2026-cı ildə Türkiyədə RTÜK ev sahibliyi ilə imzalanacaq sənədlərin yayıncılıq standartlarının yaxınlaşdırılmasında mühüm mərhələ olacağını deyib. 

TDT Jurnalistlər Birliyinin yaradılması təşəbbüsünün etik jurnalistikanı və regional media standartlarını dəstəkləyəcəyi vurğulanıb.

Kocaman təşkilatın hazırda 2027–2031 strategiyası üzərində işlədiyini, bu çərçivədə “TDT Məlumat Bütövlüyü Təşəbbüsü” adlı yeni mexanizmin yaradılacağını söyləyib. 

Bu platforma fakt-yoxlama, media savadlılığı və informasiya hücumlarına qarşı koordinasiyalı cavab mexanizmlərini əhatə edəcək.

TDT rəsmisi bu il Qəbələdə keçirilən XII Zirvənin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yeni yol xəritəsi müəyyən etdiyini, ULAS formatının isə TDT-nin xarici tərəfdaşlarla elastik dialoquna şərait yaratdığını deyib. 

Özbəkistan və Türkmənistanın Türk Mədəni İrsi Fondu və Türk Akademiyasına daha fəal qoşulmasının müsbət qarşılandığını bildirib.

Kocaman, milli media platformalarında “Türk dünyası” bölmələrinin yaradılmasının vacibliyini qeyd edərək, bunun artıq Azərbaycanda və Türkiyədə tətbiq olunduğunu xatırladıb.

O əlavə edib ki, üçüncü Şuşa Qlobal Media Forumu jurnalistikanın gələcəyi, süni intellekt və media təhsili mövzularında TDT üçün əhəmiyyətli beynəlxalq platformaya çevrilib.

Toplantıda Bakı Bəyannaməsi və 2026 Fəaliyyət Planının qəbul ediləcəyi də bildirilib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Cəmiyyət 14:29
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol