• $
  • £

Qulu Məhərrəmli "Şirməmməd Hüseynov mükafatı"nın qalibi olub

Qulu Məhərrəmli "Şirməmməd Hüseynov mükafatı"nın qalibi olub
28.11.2025 13:55

Tanınmış televiziya tədqiqatçısı, jurnalist, professor Qulu Məhərrəmli bu il üçün "Şirməmməd Hüseynov mükafatı"nın qalibi olub.

Bu barədə  Parlament Jurnalistləri Birliyinin nəzdində yaradılmış "Şirməmməd Hüseynov mükafatı"nın Ekspert Komissiyasının sədri Alim Hüseynli bildirib.

O qeyd edib ki, mükafatın əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın builki qalibi Qulu Məhərrəmli olub:

"Qulu Məhərrəmli milli jurnalist kimi həmişə Azərbaycana xidmət edib. Ümumilikdə Komissiya üzvləri tərəfindən 6 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikrilə azərbaycanlı jurnalist, yazıçı, publisist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli qalib elan olundu".

A.Hüseynli deyib ki, Qulu Məhərrəmli jurnalist, yazıçı, alimi kimi hər zaman örnək olub, daim milliliyi təbliğ edib.

Qeyd edək ki, "Şirməmməd Hüseynov mükafatı" ilə bağlı qərar Parlament Jurnalistləri Birlyinin İdarə Heyəti tərəfindən 12 noyabr 2019-cu il tarixində qəbul edilib.

2020-ci ildə "Şirməmməd Hüseynov mükafatı"nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə, 2024-cü ildə Milli Məclisin sədr müavini Rafael Hüseynov olub.

"Şirməmməd Hüseynov mükafatı" 2019-cu ildə təsis olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol