• $
  • £

Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var - Video

Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var - Video
30.11.2025 11:56

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının təsirindən ümumi sahəsi 40 kv.m olan birotaqlı mənzilin mətbəxinin pəncərəsi çərçivədən çıxıb, mətbəxin tavanının lambirdən ibarət örtüyü sıradan çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qusarda sel aparan şəxsin meyiti tapılıb
Cəmiyyət 16:11
Qusarda sel aparan şəxsin meyiti tapılıb
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 14:59
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
Cəmiyyət 14:44
Nazir Badamdarda sürüşmə sahəsinə gedib
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Cəmiyyət 13:41
İlk olaraq bu evlərə çıxarışlar veriləcək
Nazir müavini Keşləyə gedib
Cəmiyyət 13:31
Nazir müavini Keşləyə gedib
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Cəmiyyət 13:17
Bakıda yağış yağacaq, külək güclənəcək -PROQNOZ
Eldar Əzizov Keşləyə gedib
Cəmiyyət 12:54
Eldar Əzizov Keşləyə gedib
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Cəmiyyət 12:45
Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Cəmiyyət 12:27
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol