• $
  • £

Azərbaycanda İİV-ə yoluxanların 70%-i kişilərdir

Azərbaycanda İİV-ə yoluxanların 70%-i kişilərdir
01.12.2025 09:48

Azərbaycanda ilk İİV halı 1987-ci ildə qeydə alınıb və 2025-ci ilin üçüncü rübünün sonunadək ümumilikdə 11 260 nəfər rəsmi qeydiyyata alınıb. Onların 70%-i kişi, 30%-i qadınlardır. Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiyada İİV yayılma göstəricisi ən aşağı olan ölkələrdən biridir.

Məmmədov bildirib ki, ölkədə İİV-in aşkarlanması 10 regional laboratoriyada və anonimlik prinsipi ilə aparılır; risk qrupları üçün səyyar və stasionar müayinə xidmətləri mövcuddur.

Məmmədovun sözlərinə görə, İİV-infeksiyasının son mərhələsi olan QİÇS immun sisteminin ağır zədələnməsi ilə müşayiət olunur. O deyib ki, Antiretrovirus Terapiyası (ART) sayəsində İİV artıq idarəolunan xroniki xəstəlik hesab olunur və Azərbaycanda müalicə ÜST protokollarına əsasən ödənişsiz təqdim edilir.

Hazırda 10 mindən çox xəstə müalicə proqramı çərçivəsində nəzarətdədir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:55
Sabah Culfa rayonunun bəzi ərazilərində işıq olmayacaq
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol